"Bolt"un BOLTUNU BURAN OLACAQMI?.. - AKSİYA TƏDARÜKÜ...

23-05-2022, 17:49           
"Bolt"un BOLTUNU BURAN OLACAQMI?.. - AKSİYA TƏDARÜKÜ...
“Bolt” şirkətində çalışan sürücülər etiraz aksiyası keçirməyə hazırlaşır. Teref.az JAMAZ.İNFO-ya istinadla xəbər verir ki, bu barədə həmin sürücülərdən biri, eyni zamanda aksiyanın təşkilatçısı Nicat Məmmədov bildirib.

O xəbər verib ki, 27 may, axşam saat 5-7 arası bütün Bolt sürücüləri hamı birdən programı bağlayıb Boltu boykot edəcəklər. “Bu 2 saat ərzində kim ki, gündəlik arenda verir, başqa şirkətin programı ilə işləyə bilər, təki Bolt bağlı olsun”.

O bildirib ki, eyni zamanda boykot ərzində hər kəs öz müştəri programından girib mərkəz (Sahil, 28 may, İşərişəhər) ərazilərə “Bolt”dan sifariş verəcək. “Yəni, olduğumuz yeri, məsələn, 28 Mall, Hökümət Evi, Sahil metrosu, Qız Qalası və s. göstərərək, həmin yerlərə taksi çağıracayıq. Sifarişi qəbul edən sürücüyə məlumat verəcəyik ki, saat 5-dən 7-yə kimi hamı programı bağlayıb, sən də bağla. Beləcə boykotdan məlumatı olmayan şəxsləri də boykota dəvət edəcəyik”.

Nicat Məmmədov deyib ki, bu boykotun 1-ci mərhələsidir. “2 saat aralığında vaxtı ona görə qoymuşuq ki, bütün gücümüzü 2 saat vaxta sərf edib daha çox effektiv olaq. Bu saat aralığı növbəti günlərdə daha da çoxaldılacaq. Ta o vaxta kimi ki, “Bolt” məcbur qalıb bizim tələbləri yerinə yetirəcək”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru