Sahil Babayev orduda kəskin narazılıq yaradıb -Polkovniklə CANLI YAYIM

26-05-2022, 09:14           
Sahil Babayev orduda kəskin narazılıq yaradıb
Dəyərli ehtiyatda, istefada olan, həmçinin xüsusi rütbəli həmkarlar!
Dostyana irad bildirmək istərdim. Baxıram, görürəm ki, xeyli kəsim dostlar yazdıqlarıma, paylaşdıqlarıma çox böyük biganəlik edir. Özünüz bilərsiniz. Mən kiməsə minnət etmirəm. Sadəcə bildirmək istəyirəm ki, mənim özümü "odun-alovun" qarşısına atamağım bir çox hallarda çoxlarına fərq etmir. Bu qaldırdığım ümumi məsələlər təkcə mənə və 10-15 nəfər dost-tanışa aid olan məsələlər də deyil. Bu dəfə heç yazmadım və bundan sonra da yazmiyaciyam ki ay paylaşın, ay bölüşün və sairə. Deməli sizə belə sərf edir. Qoy olsun. Mən bundan sonra da öz yoluma davam edəcəm, hətta tək qalsam belə nə var onu deyib, onu yazacağam. Bu qeydləri də ona görə yazdım ki, belə "mütəşəkkiliklə" biz Biləcəridən o yana sözümüzü çatdıra bilmərik.Çox qəribə bir yanaşma formalaşıb və bu minvalla biz hələ çox af-uflar eşidəcək, və yaşayacağıq. Məncə belə olmamalıdır. Ən elementar, ən sadə variantı belə xeyli hissə dostlarımız yaymağa tənbəllik, biganəlik edirlər. Vallah, nə deyim. Əslində bu gün bizim üstümüzə bu cür haqsız hucumların arxasında əksər zabit dostlarımızın passivliyi və seyrçi mövqe tutmalarıdır. Siz nədən çəkinir və nədən ehtiyat edirsiniz? Hər kəsə uğurlar və can sağlığı. Biz isə haqq yolumuza davam. Özü də çox sərt və daha da ötkəm və sərrast. Dəstək olan bütün dostlara da bir daha var olun deyirəm. Adlarını qeyd etməsəm də, onların çoxunu siz yaxşı tanıyır, və bilirsiniz. Bir daha sayğılarımla.
Üzeyir Cəfərov
Teref.az













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.