Çovdarov getdi, "Femina"sı qaldı... - ŞİKAYƏT VAR
3-05-2016, 12:45
"Femina” xəz-dəri mağazalar sahibi barəsində Bakı meriyasına və Heydər Əliyev Fonduna müraciət olunub.
Vizual.az xəbər verir ki, kürk firmasının rəhbəri Salman Mirzalıyevin 217 saylı körpələr evinin otaqlarını zəbt etməsi narazılıq doğurub.
Bir qrup paytaxtın Xətai rayon sakinlərin media üzərindən etdiyi müraciətdə Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın hər zaman kimsəsiz uşaqların qayğısına qaldığı, məktəb-bağçaların inşasında xüsusi dəstək olduğu, internatların, körpələr evinin yenidən qurulmasına köməklik etdiyi bildirilib.
Müraciətdə məlumat verilib ki, oliqarx səviyyəsində maliyyə imkanlarına malik olan "Femina” xəz-dəri mağazalar şəbəkəsinin rəhbəri körpələr evini işğal edib. 217 saylı bağçanın təyinatı üzrə fəaliyyət göstərməsi üçün müvafiq tapşırıq verilməsini xahiş edən müraciət müəllifləri S.Mirzalıyevin əməllərinin də araşdırılmasını istəyib.
Bakı meriyasına da üz tutan valideynlər BŞİH-nin Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin şöbə müdiri Eldar Yunusovun məsələyə diqqət yetirməsini xahiş ediblər.