Bakı İqtisadiyyat və Humanitar Kollecində pul yığımı
3-05-2016, 16:14
Direktor Rüxsarə Əliyevanın tələbələrdən pul alınması işini kordiorda gəzişən bacısına həvalə etdiyi deyilir. Bakıda fəaliyyət göstərən və adı bir müddət əvvəl qalmaqala qarışmış Bakı İqtisadiyyat və Humanitar Kollecində qəribə vəziyyət yaşanır. Azad.Media xəbər verir ki, kollecin direktoru Rüxsarə Əliyeva Təhsil Nazirliyindən buraya transfer olunduqdan sonra qaydalarla yanaşı, durum da dəyişib.
Məlumatda deyilir ki, xanım Əliyeva təhsil naziri Mikayıl Cabbarovla yola getməsə də, hansısa sirrli əllər onu direktor postunda saxlayır. Həmin «sehirli əl» isə nəinki onu himayə edir, həm də bir sıra qanunsuzluqlara imza atmasını sığortalamaqla da məşğul olur.
Azad.Media-ya daxil olan məlumata görə, nazirlə yola getmədiyinə görə mütəmadi olaraq rəhbəri olduğu kollecdə yoxlamalar aparılan Rüxsarə Əliyevə, bütün hallarda vəziyyətdən çıxır. Məsələn, Bakı İqtisadiyyat və Humanitar Kollecində digərlərində olduğu kimi, imtahan sessiyası dövründə tələbələrdən pul yığılır, imtahanlarda tapşırıq adi hala çevrilib.
İddia olunur ki, sözügedən şəxs tələbələrdən alınan pulları bacısının əliylə toplayır. Bacısı isə kollecin kordiorunda gəzməklə duruma nəzarət edir və alış-veriş işlərini reallaşdırır. Səhərdən axşama qədər əlində çanta ilə koridorda dolaşan sözügedən şəxsin Bakı İqtisadiyyat və Humanitar Kollecində işləməməsi isə bir ayrı mətləbdir.
Məlumatlarda o da vurğulanır ki, kollecin direktorunun digər qazancı müəllimlərdən aylıq almasıdır. Onlar hər ay Rüxsarə Əliyevanı «görmək»lə işlərinə davam edir və kimsəni saya salmırlar.
Amma xanım Əliyevanın bir başqa gəlir yeri də var. İddia olunur ki, direktorun şəxsi maraqları təmin olunduğundan kollecdə adı gedən, lakin özü məktəbin yolunu belə tanımayan 10-dan artıq müəllim də mövcuddur. Mənbə bildirir: «Əslində, nazir Rüxsarə Əliyevanı bu yerə sürgün edib. Onun bir səhvini taparaq, işdən çıxarmaq üçün də marıqda dayanıb. Və bunun gec-tez baş verəcəyi isə istisna deyil».
Mənbə daha sonra iddia edir ki, Bakı İqtisadiyyat və Humanitar Kollecində qəbuldan tutmuş, imtahanda qiymətlərin yazılmasına qədər hər şey pulladır. «Təsəvvür edirn ki, direktor süpürgəçi Fazilə xanımın maaşını mənimsəyib. Rüxsarə Əliyevanın belə işləri çoxdur. Lakin ona qarşı hər hansı bir tədbir görülmür».