"Dənizi hasarlayan qaçıb kağız alır və deyir ki, icazəm var" - deputat

7-07-2022, 18:17           
"Dənizi hasarlayan qaçıb kağız alır və deyir ki, icazəm var" - deputat
Bir müddət əvvəl Milli Məclisin deputatı Rüfət Quliyev Milli Məclisin komitə iclaslarından birində qeyd etmişdi ki, “Azərsu” ASC-yə etdiyi müraciətlər nəticəsiz qalır: “Lənkəranın 4 kəndinə 1 ildir 100 metr su borusu çəkə bilmirlər. 1 ildir bunu özüm deyib, özüm eşidirəm. “Azərsu” 1000-2000 paqometrə suyu çəkə bilmir. 4 kəndin sakini suyu vedrəylə daşıyır. Axırda şanlı məktub yazmışam, 10 dənə də istinadla məktuba əlavə etmişəm. Bunlara yazdığım məktublar elə bil kosmosa gedir. Bu kəndlərdə şəhid ailələri, qazilər də yaşayır”. TEREF.AZ-ın məlumatına görə, deputat Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bir müddət əvvəl “Azərsu” ASC ilə bağlı tənqidi fikirlərini bildirib. Amma “Azərsu” ASC-nin rəhbərliyi ona cavab verib ki, “hazırda hesablamalar aparılır, su çəkməyə vəsait yoxdur”.

“Lənkəranda 4 kənd - bu kəndlərdə müharibə şəhidlərinin ailələri və qazilər yaşayır. Ora su çəkilmir. Beş ildir ki, bu kəndlərdə su yoxdur. Müsbət tərəfi odur ki, Lənkəran Regionalın rəhbəri mənə zəng edərək, bildirdi ki, “Rüfət müəllim, mən çalışacağam nəsə köməklik edim”. Bu, tənqidin nəticəsidir. Mən inanıram, o, dediyini edəcək. Baxmayaraq ki, Bakıda oturan rəhbərlik insanların haqlı tələblərinə biganədir. Amma regional idarələrdə vəziyyət müsbətdir. Təkcə rayonlarda deyil, Xəzər rayonunda da “Azərsu” ASC-nin işindən razıyam.

Mən özüm Mərdəkanda bağda qalıram deyə, dəfələrlə insanlar mənə müraciət edib və mən də əlaqə saxlamışam. Görmüşəm ki, regional müsbət reaksiya verib” - deyə Rüfət Quliyev qeyd edib. Onun szölərinə görə, bir müddət əvvəl BNA ilə bağlı verdiyi açıqlamalar da öz nəticəsini verib. Belə ki, artıq Bakı Şəhər İcra Hakimiyyəti bu problemləri dayanıb-durma məsələlərinin üzərində işləməyə başlayıb.

“Düzdür bundan 3 ay əvvəl möhtərəm Prezident o qurumu ləğv edərək iki yerə bölüb. Yarısını DİN-ə, yarısını isə BŞİH-ə verib. Bu da medianın gücüdür. Bütün xəbərlər, məlumatlar istənilən formada rəhbərliyə çatdırılır. Dövlət qurumlarının rəhbərləri artıq mükəmməl şəkildə bu məsələlərə baxırlar. Məsələn hansısa deputat və yaxud siyasi xadim, ekspert tənqid edirsə, bu məsələlər həllini tapır” - deyə deoutat əlavə edib.

Deputat hesab edir ki, deputata, ictimai xadimə, dövlət xadiminə qlobal məsələlərlə bağlı verilən suallar bu və ya digər şəkildə cavabını tapır.

“Mənə sual verirlər: “Rüfət müəllim, deputatların maaşı qalxıb, buna münasibətiniz nədir?”. Bu, əmək haqqının qalxmasıdır. Mən deyə bilmərəm ki, münasibətim mənfidir. Bir çox sosial qrupların maaşları qalxdı, eləcə də deputatların. Və yaxud məndən soruşurlar ki, “sizin filan bayrama münasibətiniz”. Məsələn bu gün məndən soruşdular ki, “Qurban bayramına münasibətiniz”. Mənim bayrama münasibətim necə ola bilər ki?” - deyə o əlavə edib...

Deputat hesab edir ki, media deputatlara siyasi xadimlərə daha qlobal mövzular üçün müraciət etməlidir. Onun sözlərinə görə, medianın rolu çox yüksəkdir və zaman keçdikdə daha da böyüyür. Media münasibətlərini inkişaf etdirməlidir. Amma bu, böyük bir məsuliyyətdir.

“Münasibətlərimizi dügün formada quraq. Məndən bir neçə gün öncə dənizin hasarlanması ilə bağlı fikrilərimi soruşdular. Çox kəskin şəkildə öz fikrimi bildirdim. Dövlətin qərarı var, qanun var. Dəniz kənarında 130 metrə qədər tikinti aparmaq olmaz. Çimərliklər insanlarındır. Dənizi özəlləşdirmək olmaz. Buna görə də hesab edirdim ki, verilən bu sual yerində verilən sual idi. İnsanlar bilməlidir ki, bu məsələyə hakimiyyətin, dövlətin birmənalı fikri var. Hər dəfə bu divarları sökürlər. Mən təklif etdim ki, bu divarları tikməyə görə cəzalar artıq 1000-2000-5000 manat yox, 50 min-100 min manat olmalıdır ki, o divarları yenidən tikməsinlər. Cərimə cüzi olanda, dənizi hasarlayan da qaçıb bir yerli orqandan kağız alır və deyir ki, mənim icazəm var” - deyə deputat əlavə edib.

Rüfət Quliyev hesab edir ki, ekspetlər, siyasi xadimlər, deputatlar, məmurlarla jurnalistlərin münasibətləri belə bir formada qurulmalıdır ki, gündəmə gətirilən məsələlər öz həllini tapsın: “Biz hakimiyyətə və dövlətə kömək etməliyik ki, belə problemlər var. Və bu problemlərlə hansı formada mübarizə aparmaq laızmdır. Biz hamımzı dövlətçilik, azərbaycançılıq üçün çalışmalıyıq”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.