"Xaliq Faiqoğlu" üçün müştəri önəm daşımır - Vətəndaş OD PÜSKÜRDÜ

19-07-2022, 09:40           
 "Xaliq Faiqoğlu" üçün müştəri önəm daşımır - Vətəndaş OD PÜSKÜRDÜ
Havalar isinəndən sərnişinlərin avtobus çilələrinə daha bir çalar qatılıb, desək, yanılmarıq... Söhbət avtobuslarda kondisionerlərin işləməməsindən və yaxud da qoşulmamasından gedir. DİA.AZ bildirir ki, dünən bu barədə bir vətəndaş gileyini təqdim etmişdik:

Bürkülü, isti havada sərnişinlərə FAİQOĞLU ÇİLƏSİ... - NARAZILIQ VAR!
Bu dəfə isə dia.az olaraq növbəti vətəndaş şikayətini təqdim edirik:


"Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Rüfət Bayramlı adlı istifadəçi yazır:

"Şikayətim "Faiqoğlu" MMC-nin 135 nömrələri avtobusların sürücülərindəndir. Ya ventilyator qoşurlar ya da kondisioner ən zəif xodunda qoyurlar. Bu istidə avtobuslar "parnoy" olur.

Nömrələrinə də zəng edirəm götürmürlər. Sürücülərə də nəsə eləyəndə millət başlayır ki, 15 saat rol fırladırlar.

Bəs bu millətə bu ...lar niyə əziyyət verirlər???"

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru