“Qafqaz Müsəlmanları İdarəsi həm qanuna, həm də dinə zidd olan qurumdur” - İlahiyyatçıdan QALMAQALLI İRAD

19-07-2022, 12:17           
“Qafqaz Müsəlmanları İdarəsi həm qanuna, həm də dinə zidd olan qurumdur” -
“Qafqaz Müsəlmanları İdarəsi Məhərrəm ayı ilə bağlı ictimaiyyətə ətraflı məlumat vermir”.

TEREF.AZ xəbər verir ki, bu fikirləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) fəaliyyətini dəyərləndirən ilahiyyatçı Elşad Miri Yenicag.az-a açıqlamasında deyib.

O, vurğulayıb ki, QMİ dini xarakterli bilgiləri ictimaiyyətə düzgün formada çatdırmır:

“Bu gün Azərbaycanda dinlə məşğul olan iki qurumun olduğu hər kəsə məlumdur. Onlar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsidir. Bir neçə gün öncə Qafqaz Müsəlmanları İdarəsi və Şamaxı Astrofizika Rəsədxanasının birgə məlumatında bildirilib ki, Məhərrəm ayının 1-i iyulun 30-na təsadüf edir. Aşura günü isə avqustun 8-nə düşür.

Əslində, Qafqaz Müsəlmanları İdarəsi gündəmdən çıxmış bir qurumdur. Sadəcə, müəyyən məsələlərlə bağlı öz mövcudluğunu qorumağa çalışır. Bu gün QMİ-yə aid bir çox səlahiyyətlər ondan alınıb. Bunlardan biri də Bakı İslam Universitetinin ləğv edilməsi, digəri isə imam və axundların təyin olunması məsələsidir.

Ümumilikdə, qurum dini təbliğat aparmır, insanların dini inanclarla bağlı olan problemlərinin həllində iştirak etmir. QMİ həm qanuna, həm də dinə zidd olan qurumdur. Eyni zamanda, QMİ Məhərrəm ayı ilə bağlı ictimaiyyətə ətraflı məlumat vermir, dini çox bərbad təbliğ edir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru