Yasamalda parklanma yerləri zəbt olundu; sürücülər maşın saxlamağa yer tapmadı - FOTO
19-07-2022, 16:14
Bakı şəhərində parklanma yerlərinin “parkovşik”lər və müxtəlif obyekt sahibləri tərəfindən müxtəlif üsullarla zəbt olunması adi hala çevrilib. Təəssüf ki, buna nəzarət edən qurumlar bu cür halları bəzən nədənsə “görmür”. Belə hallardan biri də Yasamal rayonunda baş verib. Avtosfer.az-a müraciət edən vətəndaş bildirib ki, Məhəmməd Naxçıvani küçəsində parklanma yerləri qanunsuz olaraq zəbt olunub. Buna görə də Yasamal Rayon İcra Hakimiyyətinə şikayət etdiyini deyən sakin, həm də Prezident Adminstrasiyasına üz tutmağı planlaşdırır. Qeyd edək ki, bu kimi hallara yol vermək qanunla qadağandır və İnzibati Xətalar Məcəlləsinin 354-cü maddəsinə əsasən, fiziki şəxslər 80 manatdan 100 manatadək, vəzifəli və hüquqi şəxslər isə 400 manatdan 4 min manatadək cərimə oluna bilər.