"Hər dəfə “natamam doldurma” ilə imtina cavabı gəlib..." - GİLEY

20-07-2022, 10:39           
“Əlillərin Bərpa Mərkəzdən MRT-dən keçməmi istədilər, amma maddi imkanım yoxdur deyə keçə bilmədim”. Teref xəbər verir ki, bunu “Gözətçi”yə Yardımlının Dağ üzü kənd sakini Mirzaim Dadaşov deyib.

Mirzaim Dadaşova xəstəliyinə görə 2010-cu ildə ikinci qrup əlillik təyin olunub. 2021-ci ilin mart ayından əlilliyi dayandırılıb, bununla da o, 259 manat əlillik pensiyasından məhrum olub.

Şikayətçi deyir ki, 2010 –cu ilin yanvar ayında Lənkəran Diaqnostika Mərkəzində L3-L4 fəqərəarası dosk yırtığından əməliyyat olunub. Əməliyyatdan sonra belində olan ağrılar sol ayağında hərəkətsizlik yaradıb. Daha sonra sağ ayağında da həmin problemi yaşamağa başlayıb.

“Əlillik pensiyamın bərpa olunması üçün dəfələrlə Tibbi-Sosial Ekspert Komissiyasına (TSEK) forma-88-lə müraciət etmişəm. Ancaq hər dəfə “natamam doldurma” ilə imtina cavabı gəlib. Bakıda Əlilərin Bərpa Mərkəzinə getdim, oradan MRT-dən keçməyimi istədilər, ancaq maddi imkanım yoxdur deyə keçə bilmədim. Sonuncu dəfə Yardımlı rayon Mərkəzi Xəstəxanasına olmuşam, amma xəstəliyimə baxan olmayıb”.

“Gözətçi” olaraq məsələ ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə sorğu göndərilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru