Daha bir qazinin pensiyası kəsildi - VİDEO

21-07-2022, 00:12           
Daha bir qazinin pensiyası kəsildi - VİDEO
14 ildən artıqdır pensiya alan Birinci Qarabağ müharibəsi iştirakçısının pensiyası kəsilib.

Söhbət əlillik pensiyası alan Pərviz Rüstəmovdan gedir.

Ailəsi bildirir ki, bütün lazımi prosedurlar həyata keçirilib. Forma 88 göndərilib, amma nəticə açıqlanmır. Həyat yoldaşı Sevinc Rüstəmovanın sözlərinə görə, dekabr ayından kəsilə pensiya hələ də bərpa edilməyib. Baxmayaraq ki, bütün lazimi prosedurlar həyata keçirilib.

Tək gəlirləri həmin vəsait olduğundan indi ailə maddi problemlərlə üzləşib. Onlar tezliklə pensiyanın bərpa edilməsini istəyirlər.

Məsələ ilə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinin İctimaiyyətlə əlaqələr və Kommunikasiya şöbəsinin müdiri Tural Qurbanov bildirdi ki, qazi Pərviz Rüstəmov agentlikdə əyani müayinə edilib. Pərviz Rüstəmovun əlillik dərəcəsinə uyğun olaraq sosial ödənişlərinin təminatına başlanır (xezerxeber).












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru