Azərbaycan Dövlət İqtisad Universiteti rəqəmsal mətbəənin qurulması ilə əlaqədar avadanlıqların satın alınması üzrə tenderin qalibibi açıqlayıb.
DİA.AZ xəbər verir ki, 977 993 manatlıq tenderin qalibi "Halal-P" MMC olub.
Xatırladaq ki, "Halal-P" MMC bundan əvvəl Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Agentlik və Mərkəzlər üçün yeni kartriclərin satın alınması üzrə 41 540 manatlıq tenderini qazanıb (18.05.2022).
Onu da qeyd edək ki, «HALAL-P» şirkəti Azərbaycan bazarında 1996-cı ildən fəaliyyət göstərir. DİA.AZ-ın apardığı araşdırmalardan aydın olur ki, dövlət qurumları ilə kifayət qədər "mərhəm" tender münasibətlərinə malik olan «HALAL-P» şirkəti haqqında elə də ciddi informasiya bazası mövcud deyil. Aydın olanı odur ki, sadəcə olaraq, bu şirkət dövlət qurumlarından rahatlıqla, həm də elə HALALLIQLA milyonluq tenderləri "qazanma" imkanına malikdir...