Balababa Rzayevin qardaşı vergidən niyə yayınır? - Külli miqdarda borcu üzə çıxdı

25-07-2022, 10:42           
Balababa Rzayevin qardaşı vergidən niyə yayınır? -
"Göknur Baki Ltd" MMC-nin dövlətə külli miqarda vergi borcu üzə çıxıb.
TEREF.AZ xəbər verir ki, 32gun.az-ın əldə etdiyi məlumata görə, şirkətin bu günə olan vergi borcu 300 min manatdan çoxdur (303411.55 AZN)
Bildirək ki, "Göknur Baki Ltd" MMC – Şirkətin qanuni təmsilçisi Rahib Rzayev Hüseynağa oğludur. Rahib Rzayev “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Balababa Rzayevin qardaşıdır. MMC-nin nizamnamə kapitalı 6 mln 349 min dollardır.
Qeyd edək ki, məbuatda gedən məlumata görə, şirkətin əsas sahibi Balababa Rzayevin özüdür. 2003-cü ildə yaradılmış “Gök-Nur Bakı LTD”-nin keçmiş Vergilər Nazirliyi reyestrindən çıxarılmış sənədlərində də Baba Rzayev təsisçi olaraq göstərildiyi iddia edilirdi.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru