Nazir ali məktəblərin reytinqlərdə geri olmasının səbəbini AÇIQLADI

30-07-2022, 00:07           
Nazir ali məktəblərin reytinqlərdə geri olmasının səbəbini AÇIQLADI
“İstənilən ali təhsil müəssisəsinin reytinqini müəyyən edən ən vacib meyar həmin ali təhsil müəssisəsinin həyata keçirdiyi elmi tədqiqatlardır”.
Bakupost.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “AzTV” telekanalının “Hədəf” verilişinə müsahibəsində deyib.
“Mənə görə bizim ali təhsil müəssisələrimizin müəyyən mənada reytinqlərdə geri olmasının səbəbindən biri də məhz budur ki, ali məktəblərdə müəyyən elmi tədqiqat işləri var, amma Azərbaycan elə də böyük ölkə deyil və biz öz elmi tədqiqat potensialımızı müxətlif qurumlara parçalayıb fəaliyyət göstəririk. Bu mənada qarşılıqlı əməkdaşlıq ölduqca vacibdir. Əminəm ki, ali təhsil müəssisələri bu mənada elmi tədqiqat institutlarından çox şey öyrənə bilər. Eyni zamanda əksinə”, - deyə Əmrullayev bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru