Mağazalardakı xarab məhsullar restoranlarda beş qat bahasına satılır — Özbaşınalıq
4-04-2015, 14:39
Ölkədə qida təhlükəzisliyi ilə bağlı hər hansı narahatlıq sezilmir. Nəzərə alsaq ki, dünya ölkələrinin çoxunda bu sahəylə bağlı xüsusi qurum, idarə fəaliyyət göstərir, Azərbaycanda məsələnin müzakirəsindən belə qaçılır. Çünki ölkəyə gətirilən yararsız məhsullara bir çox hallarda ciddi nəzarət yoxdur. Yerli istehsalçıların işinə də nəzarət zəifdir. Bu səbəbdən tez-tez kütləvi qida zəhərlənmələrinə şahidlik edirik. Qida zəhərlənmələrində restoran, sadlıq sarayı biznesinin xüsusi rolu var. Çünki mağaza, marketdən yığışdırılan yararsız məhsullar bir çox hallarda restoranlarda rahat şəkildə insanlara sırınır.
Respublikanın baş kulinarı Tahir Əmiraslanovun fikrincə, sadlıq sarayları Azərbaycan milli mətbəxini çox pis formaya salıb: “Kim harada, necə istəyir yemək reseptləri yaradır, güya yenilik edir. 250 manat verməklə yeni reseptə “patent” alırlar. Restoran, şadlıq saraylarında özbaşnalıq hökm sürür. Misal üçün, Yaponiyada kulinariya polisi fəaliyyət göstərir ki, onların səlahiyyətləri sadəcə, ölkə daxili ilə məhdudlaşmır. Bütün dünya üzrə
patentləşdirdikləri yapon mətbəxinə aid nümunələri hüquq müstəvisində qoruyur və lazım olsa cərimələyirlər. Bəs bizdə necədir? Bu gün restoranlardakı “usta”lar həm aşbazlıq edirlər, həm də sağlamlıq kağızı olmadan işləyirlər. Yüzlərlə insana süfrə hazırlayan ofisiantdan tutmuş, aşbazadək hər hansı gigiyenik qaydaya əməl edilməsi sual altındadır. Restoran mətbəxində hansı qaydalarla (misal üçün,təmiz və çirkli əllə) süfrəyə gələn təamların taleyi məlum deyil. Bütün bunlara hər hansı nəzarət mexanizmi yoxdur. Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin(RGEM) problemlə mübarizəsi ürəkaçan deyil. Bu qurum restoranları xırdalığına qədər araşdırmır. Gigiyenik tələblərdən də söhbət gedə bilməz. Axı heç restoranlarda süfrəyə qoyulan və ya hazırlanan məhsulların çoxunun uyğunluq sertifikatı yoxdur. Tez-tez baş verən kütləvi qida zəhərlənmələri bunu sübut edir. Ort-basdır edilən zərərçəkənlərin sayı da ictimaiyyətdən gizlədilir. Halbuki, hələ illər əvvəl kulinariya polisinin olması və belə qurumun yaradılması barədə təklifi ilk dəfə mən irəli sürmüşdüm. Təəssüf ki, ixtisaslaşdırılmış kulinariya məktəbinin yoxluğu da bu problemin həllinə maneə yaradır.”
Məlumat üçün qeyd edək ki, ötən il Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 146 ictimai iaşə müəsisəssində apardığı monitorinq zamanı 82 təsərrüfat subyektində ciddi nöqsanlar aşkarlanmışdı. Bu barədə komitənin mətbuat katibi Fazil Talıblı Analitik.az-a bildirib: “Həmin obyektlər arasında nüfuzlu restoranlar da vardı. Sözügedən iaşə xidməti obyektlərinin bəzilərində şəraitin standartlara uyğun olmaması, sanitar normalara əməl edilməməsi kimi faktlara rast gəlinib. Ən acınacaqlısı odur ki, bəzi iaşə xidməti obyektlərindən götürülən nümunələrin laborator müayinəsinin nəticələri onların insan orqanizminə zərər vurduğunu göstərib. Bəzi obyektlərdə keyfiyyətsiz məhsulların (salatlar, kabablar üçün farşın tərkibi) istehsalı və satışı qadağan edilib və sanksiyalar tərtib olunub. 82 məhdudlaşdırıcı qərar və 33 inzibati protokol hazırlanıb. Cərimələrə gəlincə, İnzibati Xətalar Məcəlləsinə görə, nöqsanlı fəaliyyətə görə vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək, hüquqi şəxslər isə 4000-5000 manat arası cərimələnməlidir.” Restoran heyətinin tibbi müayinəsinə gəlincə, komitə rəsmisi qeyd edib ki, qurumun tələblərinə görə restoranın mətbəxdə çalışanları 3 aydan bir, xidmət heyəti isə 6 aydan bir tibbi müayinədən keçməlidir: «Əgər müştəri və vətəndaşların hər hansı narazılığı varsa, komitəyə müraciət edə bilər.”
Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov isə ölkəyə daxil olan zərərli və insan sağlamlığı üçün təhlükəli məhsulların istehlakında ilk növbədə gömrük idarələrini təqsirli bilir. Birlik rəhbərinin sözlərinə görə, həmin məhsula uyğunluq və gigiyenik sertifikatı verən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Səhiyyə Nazirliyi məsuldur: “Əgər qida zəhərlənməsi baş verirsə, elə bu qurumlar məsuliyyət daşıyır.”
Bu arada qeyd edək, bu gün təkcə küçədəki açıq qida ticarətindəki özbaşınalıq onu göstərir ki, Gigiyena və Epidemiologiya Mərkəzi də öz işini görə bilmir. Eyni zamana hələ də sadlıq sarayında süfrələrdə heç yerdə satışda olmayan naməlum içkiləri, müxtəlif adda məhsulları görürük. Hansı şəraitdə istehsalı, tərkibi məlum olmayan bu məhsulların mənfi təsiri isə təbiidir. Konkret bir faktı xatırladaq. Bir neçə ildir toyuq dönərinin satışını qadağan edən müvafiq qurum hələ də paytaxtdakı addımbaşı dönərxanalara nəzarət edə bilmir. Hər yerdə toyuq dönərinin satıldığını aşkar görmək çətin deyil. Mərkəzin şöbə müdiri İmran Abdullayev görəsən “hər şey nəzarətimizdədir” deyəndə, səriştəsiz çıxışının fərqində olurmu?
“Avropada kefiyyətsiz məhsula görə tonlarla mal məhv edilə bilər”
Ölkədən kənarda yaşayan və fəaliyyət göstərən təcrübəli kulinarımız Mədinə Məmmədova Analitik.az-a Azərbaycanda sağlam qida qıtlığından söhbət açıb: “Tez-tez Bakıya gəlirəm və çox dilxor oluram. Bakıda adı hallanan nüfuzlu restoranlardan birinə getmişdim. Məlum oldu ki, ən böyük restoranlarda belə xidmət, onun hissələri, müştəri ilə davranış qaydaları yoxdur. Başqa sözlə, Azərbaycanda bu məsələlər qulaqardına vurulur. Halbuki, yaşadığım Hollandiya və hər hansı Avropa ölkəsində restoran daxilində davranış, müştəri ilə münasibətlə bağlı kurslar keçməlisən. Bu məsələ təqdim olunan mətbəx, menyudan öndə gəlir. HoReCa adlı idarəetməçilik sistemi mövcuddur. HoReCa-otel, restoran, kafe (ingiliscədə, hotel, restaurant, cafe) sözlərinin ilk hecalarının birləşməsindən meydana gələn kəlmədir. HoReCa-qida və içki sektorunda xidmət verən qurumların əsas birliyidir. Bu sistem otel, restoran, kafe və digər xidmət sahələrində bənzər şərt və xüsusiyyətləri birləşdirən qurumdur. Hollandiyada da bu sistem oranın öz dilində “Uniforme Voorwaarden Horeca”(UVH) kimi tanınır. Bu sistem müvafiq qanunlarla tənzimlənir. Bakıda isə restoran açmaq üçün yalnız pul olması kifayətdir. Bakının restoranlarında bərbad xidmətdən sonra müştəriyə təqdim olunan keyfiyyətsiz qidalardır. Toy-düyündə saysız yeməklər arasında adam itib-batır. Sağlam qidalanma Avropa ölkələrinin ən prioritet məsələsidir. Burada gömrükdə aşkar olan keyfiyyətsiz məhsula görə tonlarla mal geri qaytarıla bilər. İaşə obyektlərindəki soyuducunun müvafiq dərəcəylə işləməsi belə gün ərzində dəfələrlə yoxlanılır, nəzarətdədir.
Bizdə isə market, mağaza ərzaq adı altında zir-zibil məhsullarla doldurulub. Azərbaycan sağlam, təhlükəsiz qidadan istifadəyə görə, beynəlxalq hesabatlarda ən son sıralarda, sonuncu dəfə bildiyimə görə 80-ci yerdə, hətta Ermənistandan sonra yer alıb. Axı öz insanımızı niyə zəhərləyirlər? Çox təəssüf ki, Vətənimə dönməyi arzulasam da, bu səbəblərdən qəribçilikdə yaşamağı üstün tutmalı oluram.”