“Cəlladlar kələmi bizdən 25 qəpiyə alıb, Bakıda 1 manata satırlar” - Masallıdan ETİRAZ

5-09-2022, 16:04           
“Cəlladlar kələmi bizdən 25 qəpiyə alıb, Bakıda 1 manata satırlar” -
Bakıda kilosu 80 qəpik-1 manat arasında olan kələmin rayonlarda topdansatış qiyməti məlum olub.

TEREF.AZ xəbər verir ki, bu barədə Qaynarinfo-ya Masallı rayonunun Qızılağac kənd sakini əkinçi Anar Abbasov məlumat verib. O bildirib ki, min bir zəhmət bahasına yetişdirilən kələmi 25 qəpiyə satılır:

"Məcbur olub 25 qəpiyə satırıq. Bakıdan alverçilər gəlib bizdən məhsulu 25 qəpyə alır, orada 3 qat baha qiymətə satırlar. Görün nə vəziyyətlə üz-üzə qalmışıq? Hələ başqalarına nisbətən mən məhsulu bir az baha qiymətə satıram. Elələri var ki, topdansatış kilosunu 15 qəpiyə satır. Mən sosial şəbəkədəyəm, bu səbəbdən hər şeydən xəbərdaram. Amma başqa əkinçilərin interneti olmadığından sosial şəbəkəyə çıxışları yoxdur, hətta bəzilərinin nəqliyyatı da yoxdur. Cəlladlar gəlib məhsulu dəyər-dəyməzə alırlar”.

Anar Abbasov əkinçilik sektorunun çox acınacaqlı vəziyyətdə olduğunu vurğulayıb:

"Bu gün söz sahibi alvercilərdir, ölkədə onlar hegomonluq edir. Məhsulu əkinçidən istədiyi qiymətə alırlar. Əkinçinin ümidləri ölüb. Heç kəs sahəyə toxumu arxayın səpmirlər. Ümidsiz əkilən toxum bəhrə verməz. Bu üzdən məhsuldarlıq azdır”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru