Pensiyalar nə qədər artacaq? - HESABLAMA

6-09-2022, 12:26           
Pensiyalar nə qədər artacaq? - HESABLAMA
Azərbaycanda pensiyalar hər il inflyasiya dərəcəsinə görə indeksləşdirilir.

Ötən il (2021) Azərbaycanda inflyasiya dərəcəsi 6.7 faiz (mənbə Mərkəzi Bank-müəll.) təşkil olub. İndeksləşmə isə real ifadədə pensiya məbləğinə uyğun olaraq 6-11 manat aralığında təşkil edib.

Cebhe.info xəbər verir ki, bu il inflyasiya dərəcəsi ötən illə müqayisədə təxminən 2 dəfə çoxdur.

Mərkəzi Bankın məlumatına görə, cari ilin iyul ayı üzrə inflyasiya dərəcəsi 14 faiz təşkil edib. Bu rəqəmin ilin sonuna qədər 18-20 faizə qədər artacağı proqnozlaşdırılır. Bu isə pensiyaların indeksləşməsində daha çox artımın olacağı deməkdir.

Təxmini hesablamalara görə, pensiyalar 2023-cü ilin yanvar ayında 21-45 manat aralığında artacaq.

Qeyd edək ki, büdcə Milli Məclis tərəfindən qəbul olunur. Milli Məclisin payız sessiyası artıq öz işinə başlayıb. Parlamentin payız sessiyasının ilk iclası sentyabrın sonunda keçirilməsi gözlənilir. 2023-cü il üzrə büdcə zərfi də məhz payız sessiyasında (noyabr ayında) müzakirəyə çıxarılacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru