Ev alarkən diqqətli olun - Belə aldadıla bilərsiniz - VİDEO

11-09-2022, 12:18           
Ev alarkən diqqətli olun -
Küllü miqdarda pul verib aldıqları mənzilləri özlərindən başqa bir neçə şəxsə satılıb. İndi nə pulları qaytarılır, nə də mənzillərinə sahiblənə bilirlər.

İddialara görə, Paytaxtın Nərimanov rayonu, Dadaş Bünyadzadə 57 ünvanında yerləşən ''Təbriz'' MTK-nın sədri Nofəl Hacıyev 14 mərtəbəli binada olan eyni mənzilləri ayrı-ayrı şəxslərə satıb.

Şikayətçilər Nofəl Hacıyevlə yanaşı binın digər təsisçilərindən də narazıdırlar. Üstəlik hazırda binada tikinti işlərinin tam dayandığını bildirirlər

Məlum oldu ki, Nofəl Hacıyev artıq şikayət əsasında həbs edilib. Vəkili Qalib Məmmədov onun haqqında yayılan iddialara münasibət bildirib.

Vəkil onu da qeyd etdi ki, hazırda istintaq məsələni araşdırır. İndi sakinlər aidiyyəti qurumlardan məsələnin tam araşdırılmasını və pullarının qaytarılmasının təmin edilməsini istəyirlər.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru