"Qardaşım komando olmaq istəyirdi, dedilər 6 min ver həll edək" - Video

15-09-2022, 08:03           
"Qardaşım komando olmaq istəyirdi, dedilər 6 min ver həll edək" - Video
“1 həftə qabaq qardaşı ilə danışıb deyib ki, ad günümdə gələrsən. Bu gün Sənanın ad günüdür. Doğum günündə qardaşı Səbuhini torpağa tapşırdı”.
Yeniavaz.com xəbər verir ki, bu sözləri idmançı Kamil Zeynallı şəhid Səbuhi Əhmədovun qardaşı ilə görüşündə deyib:
“Sənan deyir ki, ata-ana olmadığına görə onların sevgisinin, yoxluğunun nə olduğunu bilmirəm. Amma qardaşsızlıq çox ağırdır. Onunla bir yerdə böyüyüb, bir yerdə əziyyət çəkib”.
Görüşdə başqa bir məsələyə də toxunulub. Sənan Əhmədov bildirib ki, qardaşı Səbuhi komando olmaq istəyirdi. Ancaq, ondan komando olması üçün rüşvət istəyiblər:
“Ona deyiblər ki, sən komandoya keçə bilmərsən, tək qat maaşda qalacaqsan. O da deyib ki, ev almalıyam, evlənməliyəm ikiqat maaş lazımdır. Qardaşıma cavab deyiblər ki, 6 min ver məsələni həll edək. O da bankdan 6 min manat kredit götürüb şirinlik verib ki, komando kursuna getsin”.
Qeyd edək ki, Səbuhi Əhmədov Ermənistanın sərhəd bölgəsində törətdiyi təxribat nəticəsində şəhid olub.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru