Maliyyə Bazarlarına Nəzarət Palatasında yeni təyinatlar

16-05-2016, 11:04           
Maliyyə Bazarlarına Nəzarət Palatasında yeni təyinatlar
Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) strukturunun formalaşdırılması davam edir. Palata daxilində Bank fəaliyyətinə nəzarət departamenti yaradılıb. Departamentə rəhbərlik müvəqqəti olaraq İmran Məmmədova həvalə olunub. O, həm də həmin departamentin Daxili nəzarət idarəsinin rəisidir.
İmran Məmmədov bundan əvvəl Azərbaycan Mərkəzi Bankının (AMB) Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentində işləyib, lisenziyası ləğv olunmuş “Royalbank”ın ləğvetmə komissiyasına rəhbərlik edib.
MBNP daxilində daha bir müvəqqəti təyinat baş verib. Qurumun baş icraçı direktorunun müavini vəzifəsi Asim Zülfüqarova tapşırılıb. O, həm də Palatanın Strateji xidmətlər departamentinin direktoru vəzifəsini müvəqqəti icra edir, həmin departamentin Strateji təhlil və risklərin idarə edilməsi idarəsinin rəisidir. Asim Zülfüqarov buna qədər AMB-nin Tədqiqatlar Departamentində şöbə müdiri, Azərbaycan Banklar Assosiasiyası yanında Azərbaycan Bank Tədris Mərkəzinin eksperti olub. Xatırladaq ki, Palatanın baş icraçı direktoru İbrahim Alışovdur.
Palatadan xəbəri təsdiqləyiblər. /Fins.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru