120 min kiçik müəssisə çökə bilər

27-09-2022, 09:21           
120 min kiçik müəssisə çökə bilər
İtaliyada 120 min kiçik biznes müəssisəsi artan enerji xərcləri səbəbindən çökə bilər.

Publika.az xəbər verir ki, “Buzovlar ölkəsi”ndə onlarla müəssisə bağlanma təhlükəsi ilə üzləşib.

Bu barədə “Confcommercio” biznes assosiasiyasının prezidenti Karlo Sanqalli də narahatlıını dilə gətirib.

Onun sözlərinə görə, hazırda bir çox şirkət öz xidmətlərini yenidən təşkil edir və ya azaldır:

“2023-cü ilin birinci yarısınadək xidmət sektorunda ən azı 120 min kiçik biznes subyekti risk altında olacaq. Vəziyyət 370 mindən çox iş yerinin itirilməsinə səbəb ola bilər“.

O qeyd edib ki, İtaliyada enerji qiymətləri digər ölkələrlə müqayisədə xeyli bahadır və bu, kiçik və orta sahibkarlıq subyektləri üçün təhlükə yaradır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru