Rusiya XİN: Rusiya taxıl müqaviləsindən çıxmayıb

31-10-2022, 07:58           
Rusiya XİN:
Rusiya taxil müqaviləsi ilə əlaqədar yaxın günlərdə Türkiyə və BMT nümayəndələri ilə danışıqlar aparacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko məlumat verib.

Onun sözlərinə görə, ölkəsi taxıl müqaviləsinin iştirakçıları kimi Türkiyə və BMT nümayəndələri ilə əlaqə yaradacaq. İlk növbədə, Ukraynadan Rusiyanın Qara dəniz Donanmasına hücumun detallarının araşdırılmasının vacibliyini vurğulayan nazir müavini rəsmi Moskvanın BMT Təhlükəsizlik Şurasının iclasını çağırdığını və orada taxıl müqaviləsinə dair məsələlərin də müzakirə olunacağını deyib.

A.Rudenko qeyd edib ki, Rusiya taxıl müqaviləsindən çıxmayıb, yalnız bu sövdələşmədə iştirakını dayandırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru