Bu gündən telefon pulu artırılır 1-11-2022, 09:56 Bu gündən sabit şəbəkə telefonlarından istifadəyə görə aylıq abunə haqqı əhali üçün 2,5 manatdan 3,5 manata (ƏDV daxil olmaqla) artırılır.Bu, Tarif Şurasının 26 oktyabr 2022-ci il qərarında əksini tapıb.Qərara əsasən, şəhərlərarası telefon danışıqları üzrə tarif 5 qəpikdən 3 qəpiyə endirilir.Qərar bu gündən qüvvəyə minib. Facebook-da paylaş