Bakıdakı bu binalar söküləcək

2-11-2022, 07:49           
Bakıdakı bu binalar söküləcək
Bakıda köhnə binalar söküləcək, əvəzində yeniləri inşa ediləcək.
Bu barədə "Xəzərxəbər"ə müsahibəsində Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib.

O deyib ki, paytaxtda hər ikinci sakin SSRİ vaxtı tikilmiş, tipik çoxmənzilli binalarda yaşayır. Bu o deməkdir ki, paytaxtda istismar müddəti başa çatan 5 və 9 mərtəbəli binalar və fərdi yaşayış evləri söküləcək. Həmin binalarda yaşayan sakinlər isə mərhələli şəkildə köçürüləcəklər

Şəhər meri qeyd edib ki, söküntü sovet dövründə tikilmiş bütün yaşayış binalarına şamil olunacaq.

Həmin binalarda yaşayan sakinlər isə mərhələli şəkildə köçürüləcəklər.

Eldar Əzizovun sözlərinə görə, proses daimi xarakterlidir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.