Avropa İttifaqı Ukraynaya 25,5 milyon avro ayırıb

2-11-2022, 09:04           
Avropa İttifaqı Ukraynaya 25,5 milyon avro ayırıb
Avropa İttifaqı enerji sisteminin qorunması üçün Ukraynaya təcili olaraq 25,5 milyon avro ayırıb və bu ölkəyə milyonlarla avro dəyərində enerji avadanlıqları verib.

“Report” xəbər verir ki, bu barədə Avropa komissarı Kadri Simsonun Kiyevə səfərinin yekunlarına dair Brüsseldə yayılan bəyanatında deyilir.

Bəyanatın mətnində deyilir ki, Rusiya silahlı qüvvələri son həftələrdə və aylarda Ukraynanın enerji infrastrukturuna intensiv hücumlar edir, bu da ölkənin enerji sisteminin 30%-ə qədərinə təsir edib. Qeyd olunub ki, Aİ ölkələrinin Ukraynaya dəstəyinin səviyyəsi təcili olaraq artırılmalıdır.

Avadanlıqdan əlavə, Aİ Avropa Komissiyası tərəfindən yaradılmış Ukrayna Enerji Dəstəyi Fondu vasitəsilə yerli enerji sisteminin fövqəladə ehtiyaclarını ödəmək üçün 25,5 milyon avro ayırıb.

Vurğulanıb ki, yaxın günlərdə Avropa Komissiyası və Ukrayna Energetika Nazirliyi tərəfindən özəl sektordan əlavə dəstəyin səfərbər edilməsi üçün məqsədyönlü kampaniyaya start veriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru