Deputatın şirkəti bazarda yeni qarışıqlıq yaratmaqdadır… - «Pampers» qıtlığı yaranıb

4-04-2015, 14:40           
Deputatın şirkəti bazarda yeni qarışıqlıq yaratmaqdadır… - «Pampers» qıtlığı yaranıb Milli Bankın devalivasiya qərarından sonra 34 faiz dəyərdən düşən manat biz çox iri biznes sahiblərini çıxılmaz vəziyyətə salıb. JAM.AZ xəbər verir ki, bəzi iri şirkətlər və dövriyyəsi böyük olan biznes sahibləri xaricdən gətirdikləri malların satışına məhdudiyyət qoymağa başlayıblar. Daha doğrusu, hakimiyyətin qoyduğu tələbdən ehtiyat edərək, fəaliyyətlərini davam etdirsələr də, yenə də bildiklərindən qalmırlar.

JAM.AZ-a daxil olan məlumata görə, son dövrlər Bakıda aptek və dükanlarda «Pampers» markalı uşaq bezləri yoxa çıxmağa başlayıb. Xüsusən də 5 və 6 ölçülü uşaq bezlərini tapmaq müşkülə çevrilib. Üstəlik, tapıldıqda da ən azı əvvəlki qiymətindən 30 qəpik baha olduğu da diqqəti çəkir.

Bununla bağlı apardığımız araşdırma zamanı məlum olub ki, dükan işlədənlər «Pampers» uşaq bezlərinin qəhətə çıxmasının səbəbini topdansatış firmalarının həmin məhsulu satmamaları ilə izah ediblər. Onlar qeyd ediblər ki, sözügedən uşaq bezlərinin qiymətini qaldıra bilməyən topdansatış firmaları, zərərə düşməmək üçün onun satışını dayandırıblar.

Ən maraqlısı isə «Pampers» uşaq bezləri və bəzi uşaq qidalarını Azərbaycana gətirən şəxsin kimliyidir. JAM.AZ-ın dəqiqləşdirmələrinə görə, bu məhsulları ölkəyə gətirən «Diplomat-1» firmasıdır və onun da rəhbəri 77 saylı Astara Seçki Dairəsindən deputat seçilmiş Aslan Cəfərovdur. 1973-cü il təvəllüdlü Cəfərovu seçiciləri yalnız bir dəfə seçki günü görüblər. Ondan sonra isə onu çıraqla da axtarsalar tapa bilmirlər.

O da qeyd olunur ki, Aslan Cəfərov uşaq bezləri biznesində monopoliya sahibidir və son günlər «Pampers» bezlərinin yoxa çıxmasının səbəbkarı da elə deputatdır. Çünki deputat dollar 0,78 qəpiyə olan dövrdə aldığı məhsulları indiki qiymətə satmaq istəmir. Böyük zərərlə üzləşməmək üçün xaricdən aldığı malların satışını dayandırıb. Yalnız məhdud sayda malı baza buraxdırır ki, diqqəti yayındıra bilsin.

Bu əsnada o da məlum olub ki, yaxın günlərdə «Pampers» uşaq bezlərinin qiymətinin 50 qəpik bahalaşacağı gözlənilir. Bu barədə apteklərə artıq xəbərdarlıq edildiyi bildirilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.