Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Penitensiar Xidmətdən narazıdır - MƏHBUSLAR PROSESLƏRƏ APARILMIR

2-11-2022, 11:49           
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Penitensiar Xidmətdən narazıdır - MƏHBUSLAR PROSESLƏRƏ APARILMIR
Son zamanlar Sumqayıt Ağır Cinayətlər Məhkəməsində cinayət işləri ilə bağlı proseslərin keçirilməsində ciddi problemlər yaranıb.

TEREF.AZ bildirir ki, bu barədə Gununsesi.info-nu məhkəmə hakimlərindən biri məlumatlandırıb.

Adının çəkilməsini istəməyən məhkəmə hakimi deyib ki, Penitensiar Xidmətin həbsdə olan təqsirləndirilən şəxsləri Bakı İstintaq Təcridxanasından məhkəməyə gətirməməsi proseslərin davamlı şəkildə təxirə salınması ilə nəticələnir:

“Bu da bizim proses qrafiqimizin pozulması, məhkəmə proseslərinin aylarla uzanmasına səbəb olur.

Müdafiə tərəfinin vəkilləri buna görə məhkəməni günahlandırır, amma burada məsuliyyət Penitensiar Xidmətin üzərinə düşür”.

Penitensiar Xidmətin mətbuat xidmətinin rəisi Mehman Sadıqov isə Gununsesi.info-nun sorğusuna cavab olaraq bildirib ki, araşdırma zamanı belə bir halın mövcudluğu ortaya çıxmayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru