Lənkəranda “313” təbliğatlı toy məclisi... - DTX-nın əməliyyatından dərhal sonra

3-11-2022, 12:48           
Lənkəranda “313” təbliğatlı toy məclisi... -
DTX-nın İran agenturası ilə əlaqədə şübhəli bilinən 19 nəfərin həbsindən bir gün sonra Lənkəranda keçirilən toy məclisi diqqəti cəlb edib.

Xatırladaq ki, DTX-nın keçirdiyi əməliyyat zamanı saxlanılanların İrandan Azərbaycana İranın təbliğatı üçün üzərində təbliğat materialları, xüsusilə 313 yazılan köynəklərin gətirilməsi faktının da ortaya çıxdığı bildirilirdi.

Maraqlıdır ki, əməliyyatdan bir gün sonra Lənkəranda keçirilən toy məclisi daha çox İranın təbliğinə həsr olunub, toyda üzərinə 313 yazılmış köynəklər geyinilib, mərsiyələr oxunub. Belə bir addımın təsadüf olaraq atılmadığı, əməliyyatdan bir gün sonra bu mərasimin təcili olaraq keçirilməsi mollaların əzələ nümayişi kimi də qəbul oluna bilər.

Bildirək ki, mərasimi Hacı Elxan Həsənov oğlunun toy məclisi kimi təşkil edib. Lakin videolara diqqət yetirdikdə tamam başqa niyyətlərin olduğunu söyləmək mümkündür.

Onu da qeyd edək ki, E. Həsənov oxşar fəaliyyətinə görə bir müddət həbsdə olub. //yenisabah.az//












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru