Ramiz Mehdiyevin həyat yoldaşını yenidən məhkəməyə verdilər – Fotofakt

7-11-2022, 10:24           
Ramiz Mehdiyevin həyat yoldaşını yenidən məhkəməyə verdilər – Fotofakt
Prezidenti Administrasiyasının keçmiş rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) sabiq prezidenti Ramiz Mehdiyevin həyat yoldaşı, professor Mehdiyeva Qalina Yuriyevna barəsində yenidən məhkəmə iddiası qaldırılıb.

Yeniavaz.com xəbər verir ki, dekabr ayının 5-ə hazırlıq iclası təyin olunub. Məhkəmə iclası saat 10:30-də Bakı Kommersiya Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyilə keçiriləcək.

Qeyd edək ki, Mehdiyeva Qalina Yuriyevna barəsində məhkəmə iddiası qaldıran şəxs Səidov Elmar Çingiz oğludur.
Elmar Səidov Qalina Mehdiyeva ilə bərabər “Fireland Vineyards” MMC barəsində də iddia qaldırıb. Məhkəmədə maraqlı şəxs kimi Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin adı keçir.

Səidov Elmar Çingiz oğlu hazırda “Fireland Vineyards” MMC-nin qanuni təmsilçisidir. 26.01.2007-ci ildə dövlət qeydiyyatına alınan “Fireland Vineyards” MMC Azərbaycanın ən böyük şərab istehsalçılarından biri olub. Elmar Səidov Qalina Mehdiyeva barəsində daha əvvəl də məhkəməyə müraciət edib.

Bildirilir ki, Qalina Mehdiyeva “Fireland Vineyards” MMC-nin təsisçilərindən biridir. Hazırda “Fireland Vineyards” MMC-nin dövlət büdcəsinə də böyük həcmdə – 128 min 684 manat 36 qəpik vergi borcu













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru