Bu ilin sonuna kimi qiymət artımı gözlənilir? - Ekspert RƏYİ

15-11-2022, 15:21           
Bu ilin sonuna kimi qiymət artımı gözlənilir? -
“Dekabr ayından etibarən qiymət artımı gözlənilir. Xüsusilə artım özünü ərzaq məhsullarının qiymətində göstərəcək. Qiymət artımına təsir edən bir neçə faktor var”.

TEREF.AZ-ın yaqzdığına görə, Sulh.info.az xəbər verir ki, bu sözləri saytımıza açıqlamasında iqtisadçı ekspert Günay Hüseynova bildirib:

“Ümumiyyətlə, dünyada ərzaq qıtlığı, ərzaq böhranı kimi təhdidlər var. Belə ki, hətta İngiltərənin baş naziri dünya ölkələrinə əraq məhsullarının istehsalını artırın deyə səslənmişdi. Ölkəmizdə də bununla bağlı bir sıra tədbirlər həyata keçirilir. Ərzaq təminatı ilə bağlı xərclərin 52 %-i başqa sözlə desək, 625 milyon manat nəzərdə tutulub. Ötən il ilə müqayisədə bu rəqəm 38% çoxdur. .Lakin ölkəmizdə inflyasiyanı və dünyada baş verən prosesləri nəzərə alsaq, deyə bilərəm ki, 35% qiymət artımı gözlənilir. Lakin bu rəqəm birbaşa deyil, növbəti ilin yarımilliyinə qədər davam edəcək. Qıtlıq olmayacaq. Lakin bir məqam var ki, qiymətlər alıcı üçün əlçatmaz olduqda alıcılıq qabilliyəti düşür. Yanvar ayından əmək haqqılarının və təqaüdlərin qalxması gözləntisi artıq işbazları hərəkətə keçirib.

Qeyd etdiyim kimi, əhali qiymət artımının maksimum həddini dekabrdan, hətta dekabrın ortalarından etibarən görəcək. 35% artımın 14%-i növbəti ayın payına düşür. Həm yanvar ayından etibarən maaş və təqaüdlərdə artım, həm də yeni ilin gəlişi qiymət artımına öz təsirini göstərəcək”.

Onun sözlərinə görə, qiymət artımının müşahidə olunmasına səbəb olan amillərdən biri inflyasiya və gəlir arasında olan mütənasibliyin pozulmasıdır:

“Ölkəmizdə qiymət artımının yaranmasına səbəb tərs mütənasiblikdir. İnflyasiya və gəlir üst-üstə düşmür. İnflyasiya bu il ölkəmizdə 14%-dir. Gəlirlər isə eyni səviyyədə artmadığı üçün tarazlıq pozulur. İkinci əsas faktor pul siyasəti, yəni milli valyutanın xarici valyuta qarşısında dayanıqlılığı və alıcılıq qabiliyyətidir. Maaşlar 50% də artsa, dəyəri olmadıqdan sonra heç bir önəmi yoxdur. Ötən illər ilə müqayisə edək. Əgər alıcı 100 manatla market səbətini doldura bilirdisə, artıq 100 manatla bir neçə məhsul ala bilir. Ümumiyyətlə, iqtisadiyyat çoxşaxəlidir. Bir sahəyə müdaxilə edərkən, baş verəbiləcək digər halları da nəzərə almaq lazımdır. Məsələn, maaş və təqaüd artımından daha çox əhalinin alıcılıq qabilliyətinin artırılması, milli valyutanın dəyərinin yüksəlməsi daha uyğun olacaq, nəinki gəlirlərin xərclərlə tərs mütənasib səviyyədə artması”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.