TikTok rəsmiləri yenidən Bakıdadır

17-12-2022, 12:22           
TikTok rəsmiləri yenidən Bakıdadır
Bu sosial platforma son zamanlar Azərbaycanın rəqəmsal bazarına ciddi maraq göstərir.
TikTok-un Şərqi Avropa üzrə rəsmiləri Azərbaycanın dövlət və özəl sektoru ilə, ekspertlərlə görüşlər keçirib.
TikTok rəsmi komandası ötən bir neçə gündə ölkəmizdə keçirdikləri görüşlərdə təhsil, mədəniyyət, idman və turizm, uşaqların təhlükəsizliyi və s. istiqamətlərdə müxtəlif layihələrin, Azərbaycandilli kontentin inkişafı ilə bağlı birgə işlərin icrası məsələlərini müzakirə ediblər.
TikTok rəsmisi ilə görüşdə Azərbaycanın rəqəmsal bazarı, ölkədə qlobal şirkətlərlə bağlı hazırlanan yeni tənzimləyici sənədlər haqqında məlumat verdim.
Belə anladım ki, TikTok rəsmiləri gələcəkdə Azərbaycanda rəsmi ofisin açıla biləcəyini istisna etmir.
Onlar Azərbaycanda TikTok-un gündəlik auditoriyasının 3 milyon olduğunu qeyd edirlər.
Xatırladıram ki , hazırda regionda yalnız Rusiya və Kazaxıstanda TikTok-un rəsmi ofisləri fəaliyyət göstərir.
Osman Gunduz
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru