Azərbaycanlı həkimlər Türkiyəni tərk edir: ŞOK SƏBƏB

17-12-2022, 22:44           
Azərbaycanlı həkimlər Türkiyəni tərk edir: ŞOK SƏBƏB
İllərdir Türkiyədə yaşayan və çalışan azərbaycanlı həkimlər vətənə qayıtmaq qərarı veriblər. Bəziləri artıq Bakıya dönüblər.

Globalinfo.az xəbər verir ki, buna səbəb Türkiyədə baş verən iqtisadi çətinliklərdir. Həkimlərdən bəzilərinin saytımıza verdikləri məlumata görə, devalvasiya, inflyasiya o həddə çatıb ki, qazandıqları pul gündəlik tələbatlarına yetmir. Həkimlər bildirir ki, hər gün bahalaşma, milli valyutanın qiymətdən düşməsi onların yaşam şərtlərini xeyli çətinləşdirir. Nə qədər çox qazansalar, bir o qədər artıq xərcləyirlər. Maaşları və qonorarları aylıq tələbatı qarşılamağa zorla yetir. Türkiyə lirəsinin dollara nisbətdə sürətlə ucuzlaşması, qiymətlərin həndəsi silsilə ilə artması həkimlərin radikal qərarlar qəbul etməsinə səbəb olur.

Bir zamanlar yaxşı maaşa, yüksək səviyyəli dolanışığa görə Türkiyəyə üz tutmuş doktorlar artıq Azərbaycana dönmək qərarı veriblər. Onların sözlərinə görə, Bakıdakı xəstəxanalarda işləyib, daha çox qazanarlar. Çünki hazırda Azərbaycanda devalvasiya yoxdur, inflyasiya Türkiyə ilə müqayisədə xeyli azdır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.