Naxçıvan şəhər musiqi məktəblərinin direktorlarının fərasətləri - BU NƏDİ BELƏ?

12-01-2023, 17:24           
Naxçıvan şəhər musiqi məktəblərinin direktorlarının fərasətləri - BU NƏDİ BELƏ?
Deyirəm hardada haqq ədalət, söz azadlığı bərpa olsa da bir bu mədəniyyet sahəsində olmayacaq. Yəqin səhifənin admini olaraq Natəvan xanımın postunun altında yazılan rəylərin günü gündən azaldığının, silindiyinin şahidisiz. 72 şərhdən 50 şərhə enib. Səbəbini az-çox təsəvvür edirsiniz. Bir-bir müdirli-nazirli hamısı əl-ələ verib yorum yazanları tapıb get həmən sil deyirlər. Hələ də təhdidlər davam edir. Görün, necə mənəm-mənəmlik var Naxçıvan Mədəniyyət Nazirliyində.
Bu gün sizə dırnaq arası direktorlar haqqında yazacağam, Heydər bəy. Mənim də bütün məktəblərdən məlumat gətirən qara pişiyim var)). Beləliklə ardıcıllıqla başlayaq sadalamağa.
*1 nömrəli musiqi məktəbi: Firəngiz müəllimə hələ də müəllimlərin maaşını yarılamağa davam edir. Araşdırsalar görərlər ki, biri 24 saat, digəri 6 saatdır. Demək olar ki, Ali Məclisə şikayət edənlərin coxu o məktəbdəndir.
*Uşaq incəsənət musiqi məktəbi: Hələ də Elşən müəllimin azaltdığı dərsləri yeni müdir Ceyhun Süleymanlı düzəltməyə calışır. Müəllimlərin coxu şikayətə gedib.
*3 nömrəli musiqi məktəbi: Lamiyə Nəcəfzadənin idarə etdiyi bu məktəbdə heç kim heç kimin dərs saatını bilmir. Dərs saatları dövlət sirri kimi qorunur. Hətta bu dövlət sirrini öyrənməyə gedən “Qara Pişiyim” də əli ətəyindən uzun üstümə qayıtdı.
*4 nömrəli musiqi məktəbi: İradə Qədimova barədə nəsə yazmaq istəmirəm. Maşallah, Sizin “Qara pişiy”iniz bu məktəbdə mənim “pişiy”imdən daha operativ işləməyi bacarıb. İradə xanımın iş prinsipi haqqında siz nə lazımdısa paylaşıbsınız. Bircə onu əlavə edim ki, bu musiqi məktəbində dərs saatlarının pulla satıldığı deyilir.
*5 nömrəli musiqi məktəbi: Məktəbin direktoru Telman müəllim Nazirliyin direktivləri qarşısında “Fatı qalx, Fatı otur” qanunları ilə hərəkət edir.
Ərtoğrul adına uşaq musiqi incəsənət məktəbi: Direktor Əbülfət Babayevin məharətinə söz ola bilməz. O, pambıqla baş kəsməyi yaxşı bacarır. Qohum-əqrəbası da yanında. Onlardan geriyə nə qədər dərs qalsa, özgələrinə paylayır. 30 ilə yaxındır ki, bu məktəbi ata-baba mirası kimi müdrikliklə idarə edir.
Heydər OĞUZ //ovqat.com//












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.