Evləri plana düşən SAKİNLƏR ETİRAZA QALXDI... - "Bizə də hamı kimi..."

13-01-2023, 10:27           
Evləri plana düşən SAKİNLƏR ETİRAZA QALXDI... - "Bizə də hamı kimi..."
"Salam, hörmətli Dia.az redaksiyası! Sizə Nərimanov rayonu Mayakovski 15 ünvanının sakinləri adından müraciət edirik ki, bizim problemimizi işıqlandırasınız". DİA.AZ bildirir ki, bu barədə sözügedən ünvanda yaşayan narazı vətəndaçşların müraciətində deyilir.

Müraciət müəllifləri daha sonra qeyd edirlər: "Nərimanov RHİ rəsmiləri bizim - 61 ailənin yaşadığı binanın qəzalı olduğunu və bizə birdəfəlik olaraq hər kvadrata görə 2 min manat pul təklif olunur.

Ərazidə bu qiymətə mənzil yoxdur və digər ərazirlərdəki kimi yerində tikiləcək binada evlə təmin olunmağımızı tələb edirik.

Digər ərazilərdə 20% əlavə sahə və kirayə haqqı ilə təmin olunur sakinlər.

Biz isə, 61 ailə, 200-ə yaxın sakin... sədəcə olaraq yerində mənzillə təmin olunmağımızı istəyirik".


Məsələ diqqətimizdədir. Sakinlərin iddiası ilə bağlı bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq...












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru