İSLAHAT!!! Naxçıvanda vəziufədən gedənlər vəzifəsiz qalmadılar- Məsləhətçi, müşavir....

14-01-2023, 12:48           
İSLAHAT!!! Naxçıvanda vəziufədən gedənlər vəzifəsiz qalmadılar- Məsləhətçi, müşavir....
Naxçıvan Ali Məclisinin işdən çıxarılan şöbə və sektor müdirlərinə yeni vəzifə verilib
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin işdən çıxarılan şöbə və sektor müdirlərinə yeni vəzifə verilib.

TEREF.AZ-ın “Report”a istinadən məlumatına görə, Ali Məclis Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin sabiq müdiri Emin Məmmədov muxtar respublikanın Təhsil Nazirliyində məsləhətçi vəzifəsinə təyin edilib.

Qurumun Qəbul sektorunun keçmiş müdiri Rəşad Əhmədov isə bundan sonra fəaliyyətini Naxçıvanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində davam etdirəcək. Ona nazirlikdə məsləhətçi vəzifəsi həvalə olunub.

Qeyd edək ki, ötən gün Naxçıvan MR Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Emin Məmmədov və Ali Məclisin Qəbul sektorunun müdiri Rəşad Əhmədov işdən azad olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru