Yaqub Eyyubovla bağlı ŞOK İDDİA: Ölkədən 1 milyard dollar çıxarıb... - O PULLARA DA...

16-01-2023, 13:06           
Yaqub Eyyubovla bağlı ŞOK İDDİA:
Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubovun oğlunun hesabına stop qoyulub.

TEREF.AZ bildirir ki, "Unikal"ın əldə etdiyi məlumata görə, Yaqub Eyyubovun ölkədən çıxararaq Latviyanın paytaxtı Riqa şəhərindəki bankda oğlunun adına qoyduğu bir milyard dollar vəsait dondurulub.

Xatırladaq ki, Yaqub Eyyubov baş nazirin birinci müavini kimi hökumətin Silahlı Qüvvələrə nəzarət edən mühüm şəxsidir. O hərbi təlimlərdə, eləcə də bir sıra yoxlama-nəzarət prosesində iştirak edib.

Onu da qeyd edək ki, bir müddət öncə Müdafiə Nazirliyinin Maliyyə idarəsinin bir neçə yüksək rütbəli zabitləri külli miqdarda vəsaitin mənimsənilməsi ilə bağlı həbs edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru