“O qədər çətin maneələr qoyublar ki, onu aşmaq olmur” - Vətəndaş qarşısında SÜNİ ƏNGƏL

17-01-2023, 09:45           
“O qədər çətin maneələr qoyublar ki, onu aşmaq olmur” -
Tərtər rayon sakini Həsənova Təhminə Cəmşid qızı tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, ona qanunsuz olaraq sosial müavinət verilmir və tələb olunan şərtlər çox ağırdır.

“Mən, Həsənova Təhminə Cəmşid qızı, hal-hazırda Bərdə rayonunda kirayədə qalıram. Qaldığım ev isə bələdiyə sənədi olduğu üçün kirayə müqaviləsi bağlaya bilmirəm. Özüm ailəli olub ayrılmışam, müəyyən səbəblərə görə rəsmi nigahım olmayıb. Oğlum Əliyev Ceyhun, qızım Əliyeva Baharla birlikdə yaşayıram. Heç bir yerdə işləmirəm. Mənim üçün yaşamaq çox çətindir, arabir evlərə təmizliyə gedirem. Uşaqlarımla getdiyim üçün ev yiyəsi narazılıq edir.

Ünvanlı sosial yardım almaq üçün müvafiq qurumlara müraciət etdim. Mənə bildirdilər ki, yaşayış yerindən arayış al və kirayə müqaviləsi gətir. Lakin mənə deyirlər ki, bələdiyə sənədinə kirayə müqaviləsi verə bilmərik. Buna görə də mənə sosial yardım vermirlər. O qədər sənəd istəyirlər ki, həmin sənədləri yığmaq olmur. O qədər çətin maneələr qoyublar ki, onu aşmaq olmur.

Mən bir Azərbaycan xanımı olaraq sizdən xaiş edirəm ki, mənə köməklik göstərəsiniz”.

Redaksiydan: Mövzu ilə bağlı rəsmi qurumların mövqeyini dərc etməyə çalışacağıq. //hurriyyet.az//












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru