Ordubadlı iş adamı haqqında irəli sürülən ittihamları təkzib etdi

23-01-2023, 08:24           
Ordubadlı iş adamı haqqında irəli sürülən ittihamları təkzib etdi
Ordubadlı iş adamı Əmir Məmmədovla əlaqə saxladım. Aza kənd sakini Adəm İbrahimovun onun barəsində irəli sürdüyü fikirlərə münasibətini öyrəndim.
Ə.Məmmədov sözügedən kənddə salınan ərik bağçasının Vasif Talıbovun qardaşı Məhərrəmə heç bir aidiyyatı olmadığını bildirdi. Onun dediyinə görə, ərik bağının şəriksiz sahibi özüdür. Məhərrəm Talıbovla isə sadəcə dostluq əlaqəsi var və iş həyatında bu dostluq münasibətlərindən heç vaxt istifadə etməyib. Buna ehtiyac da görməyib: “Məni tanıyanlar bilir ki, Rusiya və Ukraynanın bir çox şəhərlərində iri zavodlarım, iş yerlərim var. Əsas qazancım da ordandır. Mənim Naxçıvana investisiya yatırmağım ata ocağımı bərpa etmək məqsədi daşıyıb. 20 illik qürbətçilikdən sonra Ordubada qayıdıb bir çox obyektlər alıb fəaliyyətə başlamışam. Moskvadan yeni qayıdanda isə Məhərrəm Talıbovu tanımamışam. Onunla Ordubadda işlədiyim müddətdə tanış olmuşam və bu tanışlıq dostluğa çevrilib. Amma bu dostluğumuzun işgüzar münasibətlərimizə dəxli yoxdur”.
O ki qaldı sözügedən təsərrüfatı dağıdıb yerində ərik bağı salinmasına, Əmir Məmmədov bu iddia ilə razılaşmadı. Bildirdi ki, Aza kənd sakininin iddia etdiyi ərazi onun ərik bağının yanındadır: “Həmin ərazidəki obyektlər məndən əvvəl sökülüb. Səhv etmirəmsə, sözügedən obyektlər 1990-cı illərin sonlarında Ordubadın ovaxtkı məhkəmə hakimi Elman tərəfindən tikilib. Daha sonra 2007-ci il ərazi iddiaçı tərəfə satılıb. Bir neçə ildən sonra rayon icra hakimiyyəti obyektləri qanunsuz tikili sayıb və dağıdıb. 2011-ci ildə isə mən həmin uçurulan ərazinin qonşuluğundakı torpaqları 15 illik icarəyə götürmüşəm. Ərik bağı saldığım torpaq sahəsi bir qarış da sözügedən mübahisəli əraziyə düşmür”.
Əmir Məmmədov iddialarını təsdiqləyən sənədləri yaxın saatlarda bizə göndərməyə söz verib.
Heydər Oğuz
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru