Naxçıvanın “Hacı Məmmədovu” hansı Qasımdır?

23-01-2023, 15:07           
Naxçıvan əsili iri sahibkarların Bakıdan oğurlanaraq, Naxçıvana aparılıb külli miqdarda pullarının, mal - mülklərinin əllərindən alınması ilə bağlı ciddi rezonans doğuran bir necə araşdırma materialı ortaya qoymuşam. Bütün hadisələrdə Naxçıvan DİN-in yüksək rütbəli əməkdaşı Qasımın adı çəkilir.
Zərəçəkənlərin hamısı deyir ki, onları Bakıdan Naxçıvana aparan, işgəncə proseslərinə nəzarət edən , külli miqdarda pulu alan, bir sözlə , alverdə birbaşa iştirak edən Qasım adlı polis olub. İndi hər iki Qasım müxtəlif kanallarla mənə zəng etdirir.
Hər biri də məsuliyyəti digər Qasımın üzərinə atmaq istəyir. Mən araşdırmışam ki, Naxçıvan DİN-də doğrudan da yüksək rütbəli iki Qasım işləyib.
Onlardan biri Şahbuz rayonu Keçili kəndindəndir. Digəri isə Culfa rayonunun Xanağa kəndindən. Proseslər qeyri-rəsmi qaydada aparıldığı üçün zərərçəkənlərdə qəddarlıq edən Qasımın kimliyini təsdiq edən rəsmi sənəd yoxdur. Biri İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi olub, digəri Cinayət Axtarışı İdarəsinə rəhbərlik edib. Onlardan biri hazırda DİN-də işləyir, digəri isə təqaüddədir.
Bilirəm ki, bu yazını onları şəxsən tanıyan çoxlu sayda naxçıvanlı oxuyacaq. Siz nə düşünürsünüz, Naxçıvanın Hacı Məmmədovu hansı Qasım olub?












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.