Naxçıvanda maaşlardan qanunsuz olaraq 50-80 manat pul tutulur...

23-01-2023, 15:49           
Naxçıvanda  maaşlardan qanunsuz olaraq 50-80 manat pul tutulur...
TEREF.AZ yazır ki, Naxçıvan şəhər 10 saylı uşaq bağçasının bir qrup tərbiyəçisi "Gündəlik Naxçıvan" vasitəsi ilə ictimaiyyətə və DTX-ya müraciət edib. Onların müraciətinə əsas səbəb, maaşlarının hər ay müdiriyyət tərəfindən mənimsənilməsidir. Tərbiyəçilər, həm də dərəcələrinin aşağı salınmasından şikayətçidirlər.
Orijinal variantını şərh yerində paylaşacağımız müraciəti təqdim edirik:
“Biz uzun illərdir ki, bağçada tərbiyəçi işləyirik. Aramızda 15-20, 30 il bağçada tərbiyəçi işləyənlər var. Onların hamısı universitet bitirmiş ali təhsilli riyaziyyat, dil və ədəbiyyat, tarix, filologiya müəllimləridir. Üç aydır bizə ixtisasca bağça müəlliməsi olmadığımızın bildirərək dərəcəmizi 14-dən 10-a salıblar. Oktyabr, noyabr, dekabr ayının maaşlarından 50-80 manat qanunsuz olaraq saxlayırlar. Dəfələrlə müdiriyyətə və aidiyyəti qurumlara müraciət etsək də, heç bir nəticə olmayıb. Bağça müdirəsi deyir ki, “hara istəyirsiniz şikayət edin”. Bu səbəbdən DTX-dən xahiş edirik ki, problem araşdırılsın".
Şikayətçilər əlavə olaraq qeyd ediblər ki, 10 saylı bağça müdirəsi musiqi məktəbini qurtarıb: "Necə olur ki, musiqi məktəbini bitirən birinə bağçaya rəhbərlik etmək tapşırılır, amma ali təhsilli müəllimlər bağçada işləyə bilmir?"












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru