"İnternet xidməti baha, xaricdən zəng etmək bahadır..." - Deputat da GİLEY ETDİ...

23-01-2023, 15:52           
"İnternet xidməti baha, xaricdən zəng etmək bahadır..." -
"“Azercell” mobil rabitəsinin xidmətləri bahadı."

TEREF.AZ bildirir ki, bunu Manset.az-a açıqlamasında Milli Məclisin deputatı Aqil Abbas bildirib. O daha sonra açıqlamasında “Azercell”-in texniki məsələlərlə bağlı yenilikçi olmadığını bildirib.

" “Azercell”, ümumiyyətlə, bahalı mobil rabitəsidi. İnternet xidməti baha, xaricdən zəng etmək bahadır. Mən şəxsən "Azercell" istifadəçisiyəm, həmdə abunə işlədirəm. Görürsən zəng gəlir, keçirsən həmin zəngə adboy gedir. Belə olmaz axı. Ona görə yeniliklər olmalıdı, texniki parametrlər yenilənməlidi. Reklam etməklə iş bitmir, gərək iş görəsən. Cavanlar indi çox danışmaq istəyir. Çox internetlə məşğul olurlar. Qoy qiymətləri ucuz eləsinlər, millət də “Azercell”-i başqa mobil şəbəkələrə dəyişməsinlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru