"İrşad"ın müştərisi heç də ŞAD DEYİL... - GİLEY

24-01-2023, 09:26           
""İrşad Electronics" mənim hüquqlarımı pozur". DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Ayaz İskəndərov adlı istifadəçi giley edir.

"İrşad"ın müştərisi heç də ŞAD DEYİL... - GİLEY
Daha sonra narazı vətəndaş yazır: "Belə ki, telefon nasaz olduğu üçün servis mərkəzlərinə müraciət etdim. Bir müddət sonra təmir etməkdən imtina etdilər. Səbəb olaraq telefonun platasına su düşdüyünü iddia elədilər və zəmanət talonunu ləğv etdilər. Halbuki heç bir halda telefona su düşməyib.

Əlavə olaraq evdə telefona baxış keçirərkən məlum oldu ki, telefonun təmiri zamanı şuruplar açılmış lakin üzərinə bağlanılmamışdır. Üstəlik şuruplardan da biri əksikdir. İctimailəşdirməkdə əsas məqsədim insanlar "İrşad Electronics" MMC-dən məhsul alarkən daha diqqətli olsunlar".

Dia.az bildirir ki, narazı vətəndaş eyni zamanda dediklərinin təsdiqi olaraq fotoları da təqdim edib:




İddia olunalarla bağlı teref.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.