Vətəndaşa Bazarstore-də hörmətsizlik – İDDİA
7-02-2023, 19:35

Vətəndaş Murad Musayev saytımıza bildirib ki, 07.02.2023-cü il saat 15:54 də Bazarstor mağzalar şəbəkəsinin Bakı bulvarında “park bulvar” ticarət mərkəzində yerləşən filialında alış-veriş edən zaman mağazada endirimdə olan “alpengold” şokaladının vitrin qiyməti ilə kassada çıxan qiymətinin eyni olmadığını görüb və mağaza rəhbərliyinə şikayət edən zaman mağzanın məhsul şəxsi kimi özünü təqdim edən Nurlan Əlizadə adlı mağaza əmkdaşı səhvini qəbul edib yaranan çətinliyi aradan qaldırmaq əvəzinə müştəriyə qarşı kobudluq edib. Belə ki, mən artıq bu kimi halın bir neçə dəfədir ki, baş verir dedikdə və əsəbləşib bu kimi səhvləri aradan qaldırmaq lazım olduğunu dedim. Mağaza əməkdaşları Nurlan Əlizadə və bir xanım səhvlərini qəbul etmək əvəzinə mənə qarşı hörmətsizlik etdilər. Belə ki, xanım əməkdaş səviyyəsiz sözlər işlətdi. Nurlan Əlizadə isə gəlin adam kimi danışın dedi. Mən bunu şəxsimə təhqir və Bazarstore mağazalar şəbəkəsinin müştəriyə qarşı görmətsizliyi kimi qiymətləndidirəm. Azərbaycanda bir çox mağazalar şəbəkəsi fəaliyyət göstərir və bundan irəli gələn məsələdir ki, mağaza şəbəkləri daha çox müştəri cəlb etmək yönündə bir biri ilə rəqabət aparırlar, reklamlar və kampaniyalar keçirirlər. Amma “Bazarstore”nin Nurlan Əlizadə və özünü müştəri qarşısında necə aparmalı olduğunu bilməyən xanım əməkdaşı etdikləri hərəkətlə müştərini mağzadan uzaq tutmağa şərait yaradır..
Bazarstorenin sosial şəbəkələrdə olan əlaqə vasitələri..
*1900
055 201 35 35
012 404 19 70
Əlaqə saxlamağa çalışdım amma edilən zənglərə cavab vermədilər. Bu kimi hal özüdə müştəriyə hörmətsizlikdi..