“Binance”dən zəlzələ bölgəsinə 3 milyon dollarlıq yardım

9-02-2023, 00:08           
“Binance”dən zəlzələ bölgəsinə 3 milyon dollarlıq yardım
“Binance” zəlzələ zonasında yardım kampaniyalarına qoşulub.

İndex.az xəbər verir ki, “Binance” tərəfindən toplanan 3 milyon dollar zəlzələnin baş verdiyi bölgələrə göndərilib.

Bundan başqa “Binance” zəlzələdən zərər çəkmiş 10 şəhərdə təsdiq edilmiş istifadəçilərə 100 ABŞ dolları dəyərində BNB köçürüb və əlavə olaraq yeni 1 milyon dollarlıq kampaniyaya start verib.

“Binance” toplanan yardımı regiondakı qeyri-hökumət təşkilatı tərəfdaşları vasitəsilə zərərçəkənlərə çatdırır və tibbi dəstək, çadır, yemək, ədyal və su kimi bir çox ehtiyacların yığılmasında da yaxından iştirak edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru