Bölgə teatrlarında maaşlar niyə VERİLMİR? – Nazirlikdən AÇIQLAMA

9-02-2023, 10:47           
Bölgə teatrlarında maaşlar niyə VERİLMİR? – Nazirlikdən AÇIQLAMA
Mədəniyyət Nazirliyinə tabe olan bölgə teatrlarında yanvar ayının maaşları hələki verilməyib.

TEREF.AZ bildirir ki, bununla bağlı Bizim.Media-ya teatrların özlərindən şikayət daxil olub. Bildirilib ki, fevral ayının ilk ongünlüyü olmasına baxmayarq hələ də ötən ayın maaşlarını almayıblar. Nazirliyə tabe olan qurumlarda əməkhaqqının gecikdirilməsinə səbəb rəhbərlikdəki kadr dəyişkliyi ilə əlaqələndirilir.

Mədəniyyət Nazirliyinin sözçüsü Nuridə Allahyarova Bizim.Media-ya açıqlamasında gecikdirilən maaşların artıq verilməyə başlanıldığını deyib. Nazirlik rəsmisi əməkhaqqının gecikmə səbəbi barədə məlumat verməyib.

Qeyd edək ki, Mədəniyyət naziri vəzifəsini nazirin birinci müavini Adil Kərimli icra edir. O bu vəzifəyə ötən ilin dekabr ayında təyin olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru