İsvecrədədə Türkiyəyə yarım kompaniyası üst səviyyədə aparılır...FOTO
9-02-2023, 17:06
Türkiyəyə kömək etmək üçün bizim məhlədə də xüsusi mərkəz yaradılıb. Mərkəzdə o qədər mal var ki, bizim hazırladığımız qutuları qəbul etmədilər. Dedilər ki, sonraya qalsın, imkan varsa, gələn malları çeşidləyənlər üçün çay-çörək tədarük edin. Biz də hazırlayıb apardıq... Deyim ki, yardım kampaniyası intizamlı şəkildə həyta keçirilir. Bir məqama da diqqət edin. Mallar paletlərin üzərinə yığılır. Paletlə də yük maşınına doldurulur... Ona da əminəm ki, İsveçrədə belə yüzlərlə, bəlkə də minlərlə mərkəz var. Hər yerdə yardımsevər insanlar qarışqa kimi qaynaşırlar... Pis olan odur ki, toplanan yardımların Türkiyəyə çatdırılması üçün xeyli vaxt lazımdır. Məsələn, bizim mərkəzdən atıq maşın göndərilib. Ən yaxşı halda o yük maşını zəlzələ zonasına 5-6 günə çatacaq... Elbəyi Həasənli Teref.az