Daha bir məmur üçün YOLUN SONU - Qəbələnin başçısı HARDA SƏHV EDİB?

10-02-2023, 11:35           
Daha bir məmur üçün YOLUN SONU - Qəbələnin başçısı HARDA SƏHV EDİB?
Ölkədə həyata keçirilən kadr islahatları çərçivəsində daha bir rayon icra başçısının öz postunu itirəcəyi bildirilir.

DİA.AZ-a daxil olan məlumata əsasən, Qəbələ rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev işdə yol verdiyi nöqsanlara görə vəzifəsindən azad ediləcək.

Nöqsanın konkret olaraq nədən ibarət olduğunu açıqlamayan mənbə "Səbuhi Abdullayev başdan-ayağa nöqsandır və yaxın günlərdə şok faktlar açıqlanacaq" deyə əlavə informasiya verməyib.

Onu da qeyd edək ki, S.Abdullayev fövqəladə hallar naziri Kəmaləddin Heydərovun patronajlığı altında hesab olunur.

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq...












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru