Sənədsiz evlərlə bağlı sevindirici xəbər

11-02-2023, 00:06           
Sənədsiz evlərlə bağlı sevindirici xəbər
"Ötən il ölkə üzrə daşınmaz əmlakın qeydiyyatı sahəsində ən yüksək göstərici qeydə alınıb".

Teref.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayev Xidmətin 2022-ci il üzrə fəaliyyəti və bu il qarşıda duran vəzifələrə dair mətbuat konfransında deyib.

Xidmət rəisi əlavə edib ki, sovet dövründə və müstəqilliyin ilk illərində müxtəlif dövlət qurumları vətəndaşlara müxtəlif növ sənədlər verib. Onlar qanunvericilikdə əksini tapmadığı üçün sənədsiz evlərin sayı artıb:

"Təkcə keçən il 85 min ilkin qeydiyyat aparılıb. Bu, o demək deyil ki, 85 min əmlakın hamısı 2022-ci ildə yaranıb. Əvvəlki dövrlərdən müxtəlif səbəblərə görə hüquqları tanınmamış şəxslərə imkan yaradılıb və insanlar könüllü müraciət edərək öz hüquqlarını təsbit edib. Biz bu prosesi mərhələli şəkildə, daha asan həll olunan məsələləri irəli salaraq bazanı daraltmağa çalışırıq". (qaynarinfo)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru