Abşeron Polis İdarəsinin müstəntiqi pul alıb, qaytarmadığı vətəndaşa “hara istəyirsən şikayət et”- deyir – MÜRACİƏT

17-02-2023, 17:50           
Abşeron Polis İdarəsinin müstəntiqi pul alıb, qaytarmadığı vətəndaşa “hara istəyirsən şikayət et”- deyir – MÜRACİƏT
Abşeron rayonu, Qobustan kəndində pasport qeydiyyatında olan və yaşayan Bayramov Habil Əlikram oğlu tərəfindən Prezident İlham Əliyevə, Prezidentin köməkçisi Fuad Ələsgərova, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyevə, Baş prokuror Kamran Əliyevə, Daxili İşlər naziri Vilayət Eyvazova və digər bir sıra aidiyyatı dövlət qurumlarının rəhbərlərinə müraciət unvanlayıb.
Aktualinfo.org vətəndaş Habil Bayramovun müraciətini olduğu kimi təqdim edir:

Cənab Pezident yazıb Sizə bildrmək istəyiəm ki, mən Habil Bayramov uzun müddətdir ki, Qobustan kəndində qoyunçuluqla məşğul oluram. Mənim qardaşım Bayramov Qürbət Əlikram oğlu tanışı Azayev Fəzail Azay oğluna məxsus və Abşeron rayon Nübar qəsəbə ərazisində yerləşən 4 sot ( Bələdiyyə sənədi olan) torpağı Ağayev Sərraf adlı şəxsə vasitəçilik edərək 10 000 manata satmasından sonra sənədlərdə problem üzə çıxmışdır. Alıcı əvvəl pulu geri istəmişdir. Torpağın sahibi olmuş Fəzail Azayev pulu qaytara bilmədiyinə görə 2021-ci ildə Abşeron Polis İdarəsinə şikayət edilmişdir. İş əvvəl müstəntiq, polis mayoru Nəsirov Fuadın icraatına verilmişdir. Alıcı olmuş şikayətçinin pulunun bir hissəsinin mən qardaş olaraq müstəntiq Fuadın tövsiyyəsi əsasında 3 000 AZN depozit olaraq pulu gətirib onun xidməti otağında verdim ki, şikayətçiyə versin, qalan pulu da hissə-hissə ödəyərik. Fuad müstəntiq bu işin yoluna qoyulması üçün əlavə olaraq özünə də 1000 AZN pul ( rüşvət) istədi. Mən o zaman üstümdə olan qalan 700 AZN pulu ona verdim. Dedim qalan 300 manatın yerinə sənə 25 kq-lıq bir qoç kəsib göndərəcəm. Razılaşdı, mən də iki günə heyvanı kəsib taksi ilə heyvanı Fuada göndərdim.
Bir də 2022-ci ilin payızında bizə məlum oldu ki, torpağın satıcısı və sahibi olmuş Fəzail Azayev həbs olunub, qardaşıma qarşı da saxtakarlıqla 178.2.4 madəsi üzrə də əsas olmadığı halda cinayət işi açılıb və hazırda Abşeron rayon Məhkəməsinin hakimi Sevinc Quliyevanın icraatındadır. Mən torpağın alıcısı olan Sərrafa zəng edib dedim ki, bəs mən müstəntiq Fuada sənə vermək üçün depozit olaraq 3000 manat pul vermişdim, sənə verməyibmi? Dedi yox. Bundan sonra mən də son iki aydır ki, müstəntiq Fuad Nəsirova zəng edib verdiyim cəmi 4000AZN-i geri istəyirəm. Əvvəl o, hər dəfə gələrsən buraya yanıma söhbət edərik deyirdi, və məsləni yola verirdi. Son günlər isə məni hədlədi ki, get haraya istəyirsən şikayət et. Bir dəfə də telefonda bildirdi ki, guya 3000 AZN-i Fəzailə veribmiş. Amma yalan deyirdi. Fəzailə bu pulun nə dəxli vardı ki? Amma onu da bilirəm ki, müstəntiq Fuad Fəzaillə 2021-2022-ci illərdə birlikdə 2 cinayət işini ört basdır etmişdir. Məslən, Binə kəndində Fəzailin qonşuluğunda yaşayan tanışı cavan oğlan Abşeron rayon ərazisində bir qızı bıçaqla hədələyərək mobil telefonunu əlindən almışdı. Bu cinayəti Fəzailin xahişilə Fuad ört basdır etdi. Sonra yenə Fəzailin xahişi ilə Abşeron rayon ərazisində Fəzailin tanışının narkotik üstündə tutulan tanışını müstəntiq Fuadın köməkliyilə ört basdır etmişdir.
Yəni, müstəntiq Fuadın mobil telefonu ilə mənim telefonum arasında son ayda 20 dəfə zəng edib pulumu istəməyimi Fuadın isə hər dəfə süründürməçiliyə salmasını mobil operatorun səs yazıları və göndərdiyim mesajlarla sübut etmək mümkündür.
Cənab Prezident Mən çox kasıb adamam. Yoldaşım onkoloji xəstədir. Artıq evdə satası heç nəyim qalmayıb. Bütün mal-qaranı da satıb qardaşım Qürbətin işinə görə müstəntiqə Fuada verdim O da 4 000 manatı mənimsəyib qardaşıma qarşı aid olmadığı halda ağır maddə üzrə cinayət işi açdırdı. Halbuki, məsələni qanunla yoluna qoya bilərdi. Qardaşımın 5 azyaşlı övladı var Mən bir əmi kimi kömək etmək istədim. Ona görə də Sizdən xahiş edirəm ki, polis adına rüsvayçılıq gətirən Fuad Nəsirov kimi Abşeron RPİ-nin müstəntiqinin DİO orqanlarından təcili xaric edilməsini və verdiyim 4000AZN pulun geri qaytarılmasına köməklik edəsiniz.
Habil Bayramov 11.jpg
Habil İttiham akti 11.jpg
Aktualinfo.org












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.