"Alov Mühafizə" və "Gesco" şirkətləri də tenderdə "qalib" elan olundular

20-02-2023, 17:44           
"Alov Mühafizə" və "Gesco" şirkətləri də tenderdə "qalib" elan olundular
Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi mühafizə xidməti ilə bağlı təkliflər sorğusuna yekun vurub.

Həmin sorğuda bir sıra təhsil müəssisələrində (74 ədəd) mühafizə xidmətinin satınalınması nəzərdə tutulur.
Qalib şirkət isə “Gesco” ASC (VÖEN: 1300664041) seçilib.

Şirkətlə 4 864 885 manat məbləğində müqavilə imzalanıb.

Qeyd edək ki, "Gesco" ASC Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının 153 494 "Akademiyada 24 saat mühafizə xidmətinin təşkili işinin satınalınması" tenderinin qalibi olub (03.02.2023).

GESCO, fiziki mühafizənin təmin edilməsi prinsipini əsas alaraq müxtəlif istiqamətlər üzrə fəaliyyət göstərən mühafizə şirkətidir. 26 may 2005-ci il tarixində təsis edilib.

***

Bu arada Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi də mühafizə xidməti ilə bağlı daha bir təkliflər sorğusuna yekun vurub.

Həmin sorğuda bir sıra təhsil müəssisələrində (55 ədəd) mühafizə xidmətinin satınalınması nəzərdə tutulur.

Qalib şirkət isə “Alov Mühafizə” MMC (VÖEN: 1601045851) seçilib.

Şirkətlə 3 753 377 manat məbləğində müqavilə imzalanıb.

Qeyd edək ki, "Alov Mühafizə" MMC S.Pişəvəri Adına Respublika Humanitar Fənlər Gimnaziyasının 31 250 manat dəyərindəki "Mühafizə xidməti" tenderinin qalibi olub (02.01.2023). //fed//












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.