Xaçmaz sakinləri Cavid Qurbanovdan qalma problemə görə ETİRAZA QALXDI - "Sakinlərin həyatı təhlükədədir..."

22-02-2023, 08:45           
Xaçmaz sakinləri Cavid Qurbanovdan qalma problemə görə ETİRAZA QALXDI -
Xaçmazda yerli sakinlər hələ "Azərbaycan Dəmir Yolları"nın sabiq rəhbəri Cavid Qurbanovun dövründən qalma problemlə bağlı etiraza qqalxıb. Əslində problem hər zaman olub, sadəcə Cavid Qurbanov o zaman vətəndaşlara məsələnin yoluna qoyulacağını vəd etsə də, bu, quru vəddən başqa bir şey olmayıb.

DİA.AZ bildirir ki, məhz buna görə də artıq ümidlərini itirən sakinlər mövcud problemə rəsmi diqqətin yönəldilməsi üçün öz üsulları ilə tədbir görməli olublar. Yəni atiraz aksiyası təşkil edib, dəmir yolunun hərəkətini məhdudlaşdırıblar.

DİA.AZ-a danışan sakinlər bildirir ki, neçə müddətdir ki, Xaçmaz rayonunun Qusarçay kəndi təhlükəli durumla üz-üzədir. Sakinlər deyir ki, dəmir yolu xətti üzərindən keçidlərin olmamısından narazıdırlar və bu problem səbəbindən kənd sakinlərinin həyatı təhlükə altına düşür.

TEREF.AZ aksiyadan fotoları təqdim edir:
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru